çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Bavariya” çempion oldu

12.02.2021 13:19 Oxundu 440

Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.
 
“CEMPİON.AZ” xəbər verir ki, finalda  Almaniyanın "Bavariya" və Meksikanın "Tiqres" klubları üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi turnirin qalibi olub.

“Bavariya” (Almaniya) – “Tiqres” (Meksika) – 1:0
Qol:Pavar, 59

Bununla da, "Bavariya" tarixində ikinci dəfə klublarası dünya çempionu olub. Komanda bundan əvəəl 2013-cü ildə bu titula yiyələnmişdi.

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə isə "Əl-Əhli" (Misir) və "Palmeyras" (Braziliya) klubları qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (3:2) "Əl-Əhli" 3-cü yerin sahibi olub.