12.02.2021 15:34
431


İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Anxelino Almaniya “Leypsiq”inə keçəcək.
“CEMPİON.AZ” xəbər verir ki, Bundesliqa təmsilçisi icarəyə götürdüyü futbolçunun müqaviləsindəki transfer etmək şərtini aktivləşdirməyə qərar verib.
Leypsiqlilər 18 milyon avroya 24 yaşlı futbolçunun transfer hüququna yiyələnəcək. İspaniyalı 2020-ci ilin yanvarından heyətində olduğu Almaniya klubunda özünü yaxşı tərəfdən göstərib. Anxelino 46 matçda 9 qol və 16 assistlə yadda qalıb.