çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Çelsi” Erikseni transfer etmək istəyir

12.02.2021 18:32 Oxundu 431

İngiltərənin “Çelsi” klubu Kristian Erikseni heyətinə qatmağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçinin keçidi üçün onun forma geyindiyi İtaliya “İnter”i ilə danışıqlara başlayıb.

Premyer Liqa klubu italiyalılara Eriksenin əvəzinə öz oyunçusu Jorjinyonu təklif edib. Bir müddət əvvəl İtaliya vətəndaşı olan braziliyalının xidmətində maraq göstərən “İnter” Eriksenlə vidalaşmaq arzusundadır.

Qeyd edək ki, transfer pəncərəsinin əvvəlində Kristianın “Tottenhem”ə qayıdışı gözlənilirdi.