çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Arsenal” və “Tottenhem”in oynayacağı stadionlar bilindi

13.02.2021 11:19 Oxundu 524

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin iki oyununun yerini dəyişdirib.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbər verir ki,  “Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) ilk görüşü Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da, “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) cavab matçı isə Yunanıstanda "Georgios Karaiskakis" stadionunda oynanılacaq.
Bu qərarların verilməsinə koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb olub.

Qeyd edək ki, “Volfsberger”  – “Tottenhem” oyunu fevralın 18-i Avstriyada, “Arsenal”  – “Benfika” qarşılaşması isə fevralın 25-i İngiltərədə oynanılmalı idi.