çərşənbə axşamı, 02 sentyabr 2025

ŞAHMAT

Uesli So: “Oyun başlayanda Teymurun üstün olduğunu düşünürdüm”

13.02.2021 11:53 Oxundu 520

ABŞ şahmatçısı Uesli So Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsinin yarımfinalında millimizin üzvü Teymur Rəcəbova qalib gəlməsini şərh edib.

“CEMPİON.AZ” xəbər verir ki, o, oyunlarla bağlı bildirib: "Bu gün (dünən-red) rəqibimin günü deyildi. Oyuna başlayanda onun favorit, bir qədər üstün olduğunu düşünürdüm. Teymur əla şahmatçıdır. Açıq deyə bilərəm ki, bu mərhələdə onda nələrsə düz getmədi".

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək. So isə finalda Maqnus Karlsenlə (Norveç) qarşılaşacaq.