13.02.2021 12:52
481


İngiltərə “Çelsi”si və İspaniya “Atletiko”sundakı çıxışları ilə tanınan Dieqo Kosta karyerasını Braziliyada davam etdirməyə yaxındır.
“CEMPİON.AZ” xəbər verir ki, 32 yaşlı hücumçu “Palmeyras”la danışıqları yekunlaşdırmaq üçün vətəninə yollanıb.
Azad agent statusuna malik oyunçuya 2 illik müqavilə təklif olunub. Kosta vergilər çıxıldıqdan sonra ildə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Kostanın xidmətində maraqlı olan “Vulverhempton” hücumçu ilə şərtlərdə razılaşmayıb.