çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Ançelottinin evi qarət edildi

13.02.2021 13:16 Oxundu 429

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.
Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib ki, onlar da hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən “Everton”u çalışdırır.