çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“San Paulu”nu çalışdıracaq

13.02.2021 13:48 Oxundu 461

Argentinalı mütəxəssis Ernan Kresponun yeni iş yeri müəyyənləşib.
 
“CEMPİON.AZ” xəbər verir ki, o, Braziliyanın “San Paulu” klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. 45 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Krespo bu vəzifədə  istefaya göndərilən Fernando Dinizi əvəzləyib.
 
Qeyd edək ki, Kresponun son iş yeri Argentina “Defensa və Xustisiya”sı olub. O, fevralın 9-u bu klubdan ayrılıb.
 
Xatırladaq ki, “San Paulu” Braziliya çempionatında 35 turdan sonra lider “İnternasional”dan 7 xal geri qalır və hazırda 4-cü pillədə qərarlaşıb.