çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Liverpul” heyətini gücləndirir

13.02.2021 15:48 Oxundu 437

İngiltərənin “Liverpul” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Mönhenqladbax “Borussiya”sının futbolçusu Florian Noyhausu transfer etmək istəyir.

23 yaşlı almaniyalı Corcino Veynaldumu əvəzləməlidir. Sonuncu komandadan getməyə hazırlaşır.
Noyhaus Almaniya nəhəngi “Bavariya”nın da maraq dairəsindədir. O, cari mövsüm 28 oyunda 4 qol vurub.

Qeyd edək ki, yarımmüdafiəçinin transfer qiyməti 38 milyon avro ilə dəyərləndirilir.