çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

18 yaşlı hücumçusu “Arsenal”da oynayacaq

13.02.2021 16:16 Oxundu 456

İngiltərənin “Arsenal” klubu Tyaqu Tomaşı transfer etmək niyyətindədir.

“CEMPİON.AZ” xəər verir ki, London təmsilçisi Portuqaliya “Sportinq”inin 18 yaşlı hücumçusunun böyük perspektiv vəd etməsi qənaətindədir.

Lissabonlularla 5 illik müqaviləsi olan forvardın qiyməti də çox bahadır. Onun müqaviləsində getməsi üçün 59 milyon avro tələb olunur.

Lakin koronavirus pandemiyası üzündən maliyyə çətinlikləri olan paytaxt klubu güzəştə də getməyə hazırdır. Bu da London təmsilçisi üçün qənaətbəxş endirim olacaq.

Qeyd edək ki, Tyaqu cari mövsümün 18 matçında 2 qol vurub.