çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Tuhel: “Nə isə itirdiyimi hiss etmərəm”

13.02.2021 17:32 Oxundu 446


PSJ-nin baş məşqçisi Tomas Tuhel sosial şəbəkələrdə özü haqqında yazılan tənqidi fikirlərdən danışıb.

“CEMPİON.AZ” "Sky Sports"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis belə şeylərə əhəmiyyət vermədiyini deyib:

"Sosial şəbəkələrdə tənqidi yazılara o qədər də fikir vermirəm. Ümumilikdə isə smartfonumda məşğul ola biləcəyim çox iş var. Bu, mənim üçün kifayətdir. Günlərlə telefonsuz yaşaya bilərəm. Yəni, nə isə itirdiyimi hiss etmərəm. Amma ümumilikdə öz üzərimdə çalışaraq, zamanla haqqımda yazılanları oxumamağı öyrəndim. Ona görə də belə şeylərə əhəmiyyət vermirəm. Nə yaxşı, nə də pis, heç nəyi oxumuram".

Qeyd edək ki, Tuhel ötən ay Paris təmsilçisinə baş məşqçi təyin olunub.