14.02.2021 18:25
483


“Gözlədiyimiz kimi ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni belə şərh edib: “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün komanda məzmunlu oyunla layiqli 3 xal qazandı. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.