15.02.2021 15:41
437

İtaliya A seriyasının XXII turunda “Latsio” ilə oyun “İnter”in iki futbolçusu üçün əlamətdar olub.
"CEMPİON.AZ" xəərr verir ki, onlardan qapıçı Samir Handanoviç çempionatda 500-cü matçına çıxıb.
37 yaşlı qolkiper A seriyasında 2005-ci ilin mayında “Udineze”nin heyətində debüt edib. Sloveniya millisinin üzvü 2012-ci ildən “İnter”in formasını geyinir. “Neradzurra”nın heyətində 9-cu mövsümünü keçirən Handanoviç 2018/19 mövsümünün ən yaxşı qapıçısı seçilib.
“Latsio” ilə qarşılaşmada dubl edən Romelu Lukaku karyerası ərzində 300-cü qolunu vurub. 2019-cu ildən milanlılarda çıxış edən belçikalı forvard 80 oyunda 56 qola imza atıb.
Qeyd edək ki, “Latsio” üzərində 3:1 hesablı qələbə qazanan “İnter” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.