15.02.2021 16:26
443


Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.
"CEMPİON.AZ" xəbər verir ki, ötən gün 14-cü turun oyunları keçirilib.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.