16.02.2021 11:45
513


Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Böyük maraqla gözlənilən görüş İspaniyada olacaq. Burada "Barselona" son mövsümün finalçısı PSJ-ni qəbul edəcək.
Eyni saatda başlayacaq digər qarşılaşma “Leypsiq” "Liverpul"u qəbul edəcək. Koronavirus pandemiyası üzündən Almaniyaya gedə bilməyən Yurgen Kloppun komandası rəqibi ilə Macarıstanın paytaxtı Budapeştdə qarşılaşacaq.
16 fevral
Çempionlar Liqası
1/8 finalın ilk oyunları
00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)
00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
17 fevral
00:00.“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
00:00.“Sevilya” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya)