çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Atletiko” ilə müqaviləni poza bilər

16.02.2021 12:52 Oxundu 459

İspaniyanın “Atletiko” klubunun uruqvaylı futbolçusu Luis Suareslə müqaviləsinin detallarından biri bəlli olub.

“CEMPİON.AZ” xəbər verir ki, cənubi amerikalı hücumçu mövsümün sonunda müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir.

O, belə addımı iyunun 30-dək ata bilər. Suaresin 2022-ci ilin yayında başa çatacaq anlaşmanı vaxtından tez xitam vermək ehtimalı klub rəhbərliyini narahat edir. Madridlilər 16 qolla La Liqanın bombardiri olan forvardın əldən buraxmaq istəmir.

Qeyd edək ki, 2014-cü ildə David Vilya analoji şərtdən yararlanaraq bir mövsümdən sonra “Atletiko”dan ayrılıb.