çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus" ən pis nəticəsini göstərdi

16.02.2021 13:21 Oxundu 485

"Yuventus" A Seriyasında son 9 mövsümdəki ən pis nəticəsini göstərib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Komanda son olaraq ölkə çempionatının 22-ci turunda "Napoli"yə 0:1 hesabı ilə uduzub. Bununla da, Turin təmsilçisi 21 oyundan 42 xal toplayıb. Bu isə 2011/2012-ci ildən bəri ən pis nəticədir. Andrea Pirlonun baş məşqçisi olduğu komanda 21 matçın 12-də qalib gəlib, 6-da heç-heçə edib və  3 dəfə uduzub.

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində 42 xalla 4-cüdür. Komanda lider "İnter"dən 8 xal geridə qalır.