çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Komandasını dəyişəcəyini qətiləşdirib

16.02.2021 15:21 Oxundu 430


Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba komandasını dəyişəcəyini qətiləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, ulduz futbolçu İspaniya təmsilçisi “Real”la ilkin razılığa gəlib.

“Bild” nəşri 29 yaşlı oyunçunun “Bavariya”dan ayrılacağını bu gün elan edəcəyini yayıb. Avstriya millisinin üzvünün “Real”la 4 illik müqavilə imzalaması gözlənilir. Münhenlilərlə müqavilə müddəti iyunun 30-na qədər olduğundan, sol cinah müdafiəçisi yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan David Alaba cari mövsüm 29 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.