çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Harri Keyni 170 milyona satmaq istəyir

18.02.2021 10:45 Oxundu 463


İngiltərənin “Tottenhem” klubu hücumçusu Harri Keyni satmağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb londonluların ciddi maliyyə problemi yaşamasıdır.

Paytaxt təmsilçisi 27 yaşlı forvardın transfer qiymətini də artıq müəyyənləşdirib. Əgər mövsümün sonunda 170 milyon avronu ödəyən klub olsa, Keyn satılacaq. Hazırda İngiltərə millisinin üzvü “Mançester Siti” və “Mançester Yunayted”in maraq dairəsindədir.

Qeyd edək ki, Harri Keyn cari mövsüm 32 oyunda 21 qol vurub, 14 məhsuldar ötürmə verib.