çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Mbappenin qiyməti müəyyənləşdi?

18.02.2021 12:20 Oxundu 610

PSJ hücumçusu Kilian Mbappe barədə yekun qərarını verməyib.

“CEMPİON.AZ” xəbər verir ki, Fransa klubu aparıcı futbolçusunu mövsümün sonunda satacağını istisna etmir.

Bir tərəfdən 22 yaşlı forvarda yeni müqavilə təklif edən parislilər digər tərəfdən onu sərfəli qiymətə yola salmağın əleyhinə deyil. “Real”ın transfer gündəmində olan forvardın keçidi yalnız 200 milyon avroya baş tuta bilər.  PSJ həmin məbləğlə “Barselona”nın kapitanı Lionel Messinin maaşını qarşılamağı planlaşdırır.

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2017-ci ildə “Monako”dan keçib.