çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Milan” müdafiə xəttini gücləndirir

18.02.2021 13:24 Oxundu 422


İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir.

Milanlılar “Xetafe”nin futbolçusu Matias Oliveranın transferində maraqlıdır. Oyunçunun müqaviləsində onun sərbəst qalma məbləği kimi 20 milyon avro qeyd edilib. “Milan” bu keçidi yay transfer dövründə reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Olivera İspaniyada “Atletiko”nun da maraq dairəsindədir.