çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Arsen Venger: “Arsenal”a pulsuz gələ bilərdi

18.02.2021 16:22 Oxundu 488

“Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Venger hazırda dünyanın ən məşhur futbolçularından olan PSJ-nin hücumçusu Kilian Mbappe barədə maraqlı xatirə bölüşüb.

“CEMPİON.AZ” xəbər verir ki, fransalı mütəxəssis həmyerlisini vaxtilə əldən qaçırdıqlarını söyləyib.

O, 22 yaşlı forvardın vaxtilə “topçular”a havayı keçmək variantının olduğunu açıqlayıb: “Monako” ilə müqaviləni yeniləyəcəyinə qərar verəndə Kilianın evində idim. “Arsenal”a pulsuz gələ bilərdi.

Düşünürəm ki, hər klubun bu cür hekayələri var. “Milan”da, “Mançester Yunayted”də, “Arsenal”da, “Çelsi”də - hər yerdə belə xatirələr var”.

Qeyd edək ki, hazırda transfer qiyməti 200 milyon avroya bərabər olan Mbappenin “Real”a keçidi gözlənilir.