çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" müdafiəçi transfer etmək istəyir

18.02.2021 16:47 Oxundu 431

"Mançester Yunayted" yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Sevilya"nın müdafiəçisi Jules Kundeni heyətinə qatmaq istəyir. İngiltərə təmsilçinin bu transfer üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Fransalı oyunçu ilə başqa klubların da maraqlana biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Sevilya" Kundeni ötən mövsüm "Bordo"dan 25 milyon avroya transfer edib.