18.02.2021 22:13
538


Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
“CEMPİON.AZ” xəbər verir ki, D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.
“ASK Arena”da baş tutacaq görüşdə Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra meydana çıxıblar. Yığma komandamız nə az, nə çox 13 cavabsız qol buraxıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Millimizin xal qazanmaq arzusu nöbəti tura qalıb.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olub. Millimiz qrupda növbəti oyununu fevralın 23-də “ASK Arena”da Moldovaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ, D qrupu
18 fevral
20:00. Azərbaycan - İspaniya - 0:13
Qollar: Ester Rodriqes, 21, 24, 30, 31, 87, Cenifer Hermoso, 33, 43, 67, 82, 90+3, Mariona Kaldentey, 57, Eva Navarro, 75, Neraya Eysagirre, 84
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (hamısı İtaliya)
Bakı. “ASK Arena”
1 | İspaniya | 6 | 6 | 1 | 0 | 44-1 | 19 |
2 | Çexiya | 8 | 5 | 1 | 2 | 24-9 | 16 |
3 | Polşa | 7 | 4 | 2 | 1 | 16-2 | 14 |
4 | Moldova | 7 | 1 | 0 | 6 | 3-42 | 3 |
5 | Azərbaycan | 7 | 0 | 0 | 7 | 1-34 | 0 |