çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Roma” iki müdafiəçisini itirdi

19.02.2021 11:34 Oxundu 439
 
"Roma"nın ötən gecə Avropa Liqasının 1/16 finalında "Braqa" ilə matçda  2 futbolçusu zədələnib.

“CEMPİON.AZ” "Football İtalia"ya istinadən xəbər verir ki, adı çəkilən oyunçular Brian Kristante və Rocer İbanesdir. Hər iki müdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib. Onların A seriyasının növbəti turunda "Benevento" ilə görüşdə iştirak edib-etməyəcəyi isə məlum deyil.

Qeyd edək ki, "Roma" "Braqa"ya 2:0 hesabı ilə qalib gəlib.