19.02.2021 12:44
455


Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxmaların sayı artır.
“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçisində daha bir yoluxma aşkarlanıb.
Növbəti testin nəticəsi əsas komandanın işçilərindən birində pozitiv çıxıb. Həmin şəxs karantinə alınıb və müalicəsinə başlanılıb.
Qeyd edək ki, son bir neçə gündə “Trabzonspor”da 7 futbolçu və 2 komanda nümayəndəsi də koronavirusa yoluxub. Bununla yoluxma sayı 10-a yüksəlib.