19.02.2021 14:26
428


UEFA “Zalsburq”un iki futbolçusunu cəzalandırıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb. Buna yarımmüdafiəçi Məhəmməd Kamara və hücumçu Seku Koytanın qanında dopinq tapılması olub. Hər iki oyunçu 3 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Kamara və Koyta dopinq testi ötən ilin dekabrında, üzvü olduqları Mali millisinin düşərgəsindən qayıtdıqdan sonra veriblər.
21 yaşlı Kamara bu mövsüm Avstriya çempionatında 14 oyun keçirib. Onun həmyerlisi Koyta isə hazırda liqanın bombardiridir. O, 16 matçda 14 qol vurub.