çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Son Hın Min: “Beylin oynadığına görə sevindim”

19.02.2021 17:28 Oxundu 442

“Tottenhem”in futbolçusu Son Hın Min komanda yoldaşı Qaret Beyli tərifləyib.

“CEMPİON.AZ” goal.com-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu uelsli oyunçunun Avropa Liqasının 1/16 finalında “Volfsberq”lə matçdakı çıxışından da danışıb:

“Bale ilə həqiqətən də yaxın münasibətim var. Onun oynadığına görə sevindim. Həm də  bu gün qol vura bildi və komandaya kömək etdi. Onunla eyni komandada oynamaqdan zövq alıram”. 

Qeyd edək ki, sözügedən oyun London təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.