
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
"CEMPİON.AZ" xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Günün digər görüşündə isə son illərin dəyişməz çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə 1:2 hesabı ilə uduzaraq liderliyi itirən Ağdam təmsilçisi bu dəfə də "Sumqayıt"la oyunda vacib xal itirib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 16-cı tur
19 fevral
18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena".
16:00. "Səbail" - "Sabah" - 2:0
Qollar: Amil Yunanov, 16 (1:0), 77
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena".
20 fevral
16:00. "Keşlə" - "Zirə"
18:00. "Neftçi" - "Qəbələ"
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Neftçi | 15 | 9 | 3 | 3 | 20-16 | 30 |
2 | Qarabağ | 16 | 8 | 6 | 2 | 38-13 | 30 |
3 | Zirə | 15 | 6 | 6 | 3 | 20-16 | 24 |
4 | Sumqayıt | 16 | 6 | 5 | 5 | 20-20 | 23 |
5 | Qəbələ | 15 | 4 | 6 | 5 | 15-22 | 18 |
6 | Səbail | 16 | 4 | 4 | 8 | 17-26 | 16 |
7 | Sabah | 16 | 4 | 2 | 10 | 16-23 | 14 |
8 | Keşlə | 15 | 3 | 4 | 8 | 13-23 | 13 |