20.02.2021 11:15
792

İspaniyanın “Real” klubunun futbolçusu Lukas Vaskes iki komandadan maraq dairəsinə düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, hücumçu İtaliyanın “Napoli” və İngiltərənin “Everton” klublarının maraq dairəsindədir.
Hər iki klub 29 yaşlı forvardı azad agent kimi heyətinə qatmaq istəyir. Lukas “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Vaskes cari mövsümün 24 oyununda 2 qol vurub.