çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Eusebio Di Françesko vəzifəsindən göndərilə bilər

20.02.2021 11:49 Oxundu 389


İtaliyanın “Kalyari” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.

"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb  komandanın uğursuz çıxış etməsidir.

A seriyasının XXIII turunda “Torino”ya məğlubiyyət (0:1) rəhbərliyin səbir kasasını daşırıb. Klub matçdan sonra hətta mətbuat konfransına girməyən baş məşqçi Eusebio Di Françeskonu qovmaq qərarına gəlib. Onu əvəzləyəcək namizədlər də bəllidir. Tezliklə Leonardo Sempliçi, Massimo Pastelli və ya Vinçentso Montello bu posta gətiriləcək.

Qeyd edək ki, Eusebio Di Françesko yanvarda 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Son 13 görüşün 10-da məğlub olan “Kalyari” hazırda turnir cədvəlinin 18-ci pilləsində yer alır.