21.02.2021 10:37
434

“Real”da bu mövsüm zədəlilərin çoxluğu klub rəhbərliyini narahat edir.
"CEMPİON.AZ" xəbər verir ki, “kral klubu” bununla bağlı ciddi tədbir görmək qərarına gəlib.
Baş məşqçi Zinəddin Zidan, xüsusən də, son oyunlarda 7-8 futbolçunun xidmətindən məhrum olmasından şikayətlənib. La Liqanın növbəti turunda “Valyadolid”lə qarşılaşmada da 9 oyunçu zədə ucbatından iştirak edə bilməyəcək. Problemin kökünü tapmaq üçün rəhbərlik klubun həkimləri barədə araşdırma aparmaq qərarına gəlib.
Qeyd edək ki, cari mövsüm “Real”ın 20 futbolçusu müxtəlif vaxtlarda zədələnib. Bu zədələrin əksəriyyəti əzələ dartılması olub.