21.02.2021 11:23
434

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
"CEMPİON.AZ" xəbər verir ki, "Liverpul" eyni şəhərin təmsilçisi səfərdə "Everton"la üz-üzə gəlib. Yurgen Kloppun kollektivi əzəli rəqibinə 2 cavabsız qolla məğlub olub.
Görüşdə hesabı 3-cü dəqiqədə Riçarlison açıb. 2-ci qolu isə 83-cü dəqiqədə Qalfi Siqurdsson penaltidən vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Everton"da xallarının sayını 40-a çatdırıb və 7-ci pillədədir. Eyni xalı olan "Liverpul" isə 6-cıdır.