21.02.2021 14:21
483

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halaand dünən Bundesliqanın “Şalke”yə qarşı 22-ci turun matçında (4:0) iki qol vurub.
"CEMPİON.AZ" xəbər verir ki, uğurlu oyunu ilə diqqət çəkən 20 yaşlı norveçli “qol maşını” fevralın 17-də İspaniyada “Sevilya” ilə oyunda da fərqlənib. O, 3:2 hesabı ilə qalib gəldikləri ÇL-in ilk 1/8 final matçında da dubl edib.
Qeyd edək ki, Halaand bu mövsüm “Bavariya” ilə bütün turnirlərdə 29 qol vurub (26 oyuna), 7 qolun ötürməsini edib.