çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Kevin de Bruyneyə yeni müqavilə təklif edilib

22.02.2021 13:11 Oxundu 435

Belçika millisinin futbolçusu Kevin de Breynenin gələcək karyerasına aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib.

Premyer Liqa klubu Kevini yay transfer pəncərəsində satmayacaq. 29 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatmalı olsa da, mançesterlilər ona yeni anlaşma təklif etməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, De Breyne cari mövsüm 24 oyunda 3 qol və 15 assistə imza atıb.