22.02.2021 16:24
430


"İnter"in futbolçusu Romelu Lukaku yeni rekorda imza atıb.
“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna A seriyasının 22-ci turunda "Milan"la matçda (3:0) nail olub. Belçikalı futbolçu görüşün 66-cı dəqiqəsində fərqlənməklə ardıcıl 5 Milan derbisində qol vurmuş olub. Beləliklə, Lukaku derbi tarixinə bütün turnirlərdə ardıcıl 5 derbidə qol vuran ilk futbolçu kimi düşüb.
Qeyd edək ki, Lukaku hazırda "Yuventus" un hücumçusu Kriştiano Ronaldonu bir qol qabaqlayaraq, 17 qolla çempionatın bombardiridir.