cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Neftçi”nin müdafiəçisi “Samtredia”da

23.02.2021 11:51 Oxundu 431

"Neftçi"nin əvəzedici komandasının futbolçusu İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, o, yüksək liqa təmsilçisi "Samtredia"ya transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sonuna qədər Azərbaycanın daha bir futbolçusu - Nicat Qurbanov da "Samtredia"da çıxış edirdi. Qış transfer pəncərəsi zamanı isə o, "Keşlə"yə keçib.