cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Terim: “Arxayınlaşmaq olmaz

23.02.2021 17:26 Oxundu 339

“Çox çətin təqvimdən keçirik. Bütün futbolçularımın alnından öpürəm”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Türkiyə Super Liqasının XXVI turunda “Alanyaspor”un qonağı olan “cim-bom” səfərdə 1:0 hesablı qələbə sayəsində liderliyini qoruyub. Oyunla bağlı fikirlərini bölüşən Terim çempionluq yolunda önəmli addım atdıqlarını söyləyib: “Arxayınlaşmaq olmaz. Belə bir şansımız da yoxdur. Bundan sonra hər matça final gözü ilə baxmalı, eyni ciddiyyət və istəklə davam etməliyik. Bu yolun sonu çempionluqdur. Yetər ki, mübarizə əzmini itirməyək”.

Qeyd edək ki, hazırda aktivində 54 xal olan “Qalatasaray” növbəti tur çərçivəsində fevralın 27-də “Ərzurum BB”ni qəbul edəcək.