çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Çelsi” və “Bavariya” qələbə qazandı

24.02.2021 02:43 Oxundu 419

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

“CEMPİON.AZ” xəbər verir ki,  “Atletiko”  “Çelsi”ni qəbul edib və 0:1 hesabı ilə. uduzub. Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib.  Digər oyunda isə “Bavariya” "Latsio"nun qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları martın 17-i olacaq.

23 fevral
1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Jiru, 71
Buxarest, “Nasional” stadionu
Baş hakim: Feliks Brix (Almaniya)
00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4
Qollar: Levandovski, 9 (0:1), Musiala, 24 (0:2), Sane, 42 (0:3), Aserbi, 47-avtoqol (0:4), Korrea, 49 (1:4)
Roma, “Olimpiko” arena
Baş hakim: Orel Qrinfeld (İsrail)
24 fevral
00:00. "Atalanta" (İtaliya) - "Real" (Madrid, İspaniya)
00:00. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)