çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

İlk məğlubiyyət

24.02.2021 17:46 Oxundu 410

"Atletiko" Dieqo Simeonenin baş məşqçiliyi altında ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda məğlubiyyət yaşayıb.

“CEMPİON.AZ” "Opta"ya istinadən xəbər verir ki, bu, ötən gecə "Çelsi" ilə matçda qeydə alınıb. Madrid təmsilçisi "zadəganlar"a minimal hesabla uduzub- 0:1.
Beləliklə, "Atletiko" Simeonenin baş məşqçiliyi altında ilk dəfə bu mərhələdə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 17-də keçiriləcək.