çərşənbə axşamı, 24 mart 2026

DÜNYA FUTBOLU

PSJ Lorisi transfer etmək istəyir

24.02.2021 20:41 Oxundu 486


PSJ heyətinə yeni qapıçı qatmaq niyyətindədir.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Paris təmsilçisi "Tottenhem"dən Uqo Lorisi almaq istəyir.

34 yaşlı qolkiperin London təmsilçisi ilə müqaviləsi bu yay başa çatacaq.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Loris 2012-ci ildən "Tottenhem"də oynayır.