çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Şotlandiya klubunda istefa

24.02.2021 19:36 Oxundu 426

"Seltik" baş məşqçisi Nil Lennonu istefaya göndərib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssisin qovulmasına komandanın uğursuz nəticələri səbəb olub.
"Seltik"in yeni baş məşqçisi vəzifəsinə isə Lenonun köməkçisi Con Kennedi təyin edilib.

Qeyd edək ki, "Seltik" Şotlandiya çempionatında 30 turdan sonra 64 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Reyncers"dən 18 xal geridədir.