çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

“Burada futbolun səviyyəsi yüksəkdir”

24.02.2021 22:47 Oxundu 458

"Neftçi"nin futbolçusu Bruno Teluşi "Panoramasport" nəşrinə açıqlama verib.

“CEMPİON.AZ” xəbər verir ki, alban yarımmüdafiəçi ölkəsi ilə Azərbaycan futbolunun səviyyəsi barədə danışıb: "Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir. İki ölkə futbolu arasındakı fərqin müxtəlif səbəbləri var. Burada futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır".

Qeyd edək ki, B.Teluşi ötən ilin oktyabrından "Neftçi"də oynayır.