çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Almaniya millisində oynamağa qərar verdi

24.02.2021 23:37 Oxundu 419

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala növbəti dəfə futbol vətəndaşlığını dəyişir.

“CEMPİON.AZ” xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi yenidən Almaniya millisində oynamağa qərar verib.

Camalın atası Böyük Britaniyadan olan nigeriyalı, anası isə almandır. Almaniyada anadan olan futbolçu 7 yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçüb və məhz bu ölkənin yetirməsidir.

Əvvəl İngiltərənin U-15 və U-16, ardınca Almaniyanın U-16 yığmasında oynayıb. Sonradan yenidən britaniyalıların şərəfini qoruyan Musiala İngiltərənin U-17 və U-21 millilərində çıxış edib.

Qeyd edək ki, Camal “Bavariya”nın əsas komandasında 26 oyuna 4 qol vurub.