çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Zidan: “Ən yaxşı oyunumuzu oynamadıq”

25.02.2021 11:46 Oxundu 440


“Bizim üçün çətin idi, amma nəticə yaxşıdır. Bu, vacib bir qolun nəticəsidir, amma cavab görüşündə qələnə qazanmalı olduğumuzu bilirik. Bu, ən yaxşı oyunumuz deyildi".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Atalanta"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

Fransalı mütəxəssis fiziki cəhətdən güclü futbolçulara qarşı oynadıqlarını söyləyib: "Rəqib müdafiədə yaxşı oynadı. Buna baxmayaraq, mübarizəyə davam etdik və qol vurduq".

O, rəqib komandanın 17-ci dəqiqədən azlıqdan qalmasına da münasibət bildirib: "Bunun həddindən artıq ağır cəza olub-olmadığını bilmirəm. Ən yaxşı oyunumuzu oynamadıq, amma əsas olan qələbədir. Ancaq 10 futbolçuya qarşı oynamağımız bizdən asılı deyildi".