çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Həftənin oyunçusu adına namizədlər

25.02.2021 12:50 Oxundu 450

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən son dörd matçdakı futbolçular arasında seçim aparıb.

“Çelsi”nin hücumçusu Olivye Jiru, “Bavariya”nın qolçusu Robert Levandovski, “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo və “Real”ın cinah oyunçusu Ferlan Mendi həftənin oyunçusu adına namizədlərdir.

Qalib azarkeşlər arasında aparılacaq sorğunun nəticəsinə əsasən bəlli olacaq.