25.02.2021 18:12
425


“İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, A seriyasının liderində bu dəfə futbolçular yox, klub rəsmiləri virusa yoluxublar.
İki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Matotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyət üzvünün testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən şəxslər karantinə alınıb.
Qeyd edək ki, 23 turdan sonra “İnter” 53 xalla A seriyasına başçılıq edir.