çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: "Bəzi epizodlarda tələsirdik"

25.02.2021 22:41 Oxundu 460


"Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə  "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar rəqib komandalarda aqressiya hiss edilir: 
 

"Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".

Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı sualı belə cavablandırıb:

"Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".