çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Ançelotti “Everton”da qalmaq istəyir

26.02.2021 13:11 Oxundu 453

"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.

“CEMPİON.AZ” BBC-yə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisində uzun müddət çalışmaq istədiyini deyib:

"Mümkün qədər "Everton"da qalmağı düşünürəm. Yeni stadionun açılacağı anı yaşamaq istəyirəm. Bu mənim üçün yaxşı bir nailiyyət olacaq.

Məncə müqaviləm sona çatanadək klubla yaxşı işlər görəcəyiksə, yollarımızı ayırmaq ehtimalı yoxdur. Çox güman ki, mənimlə davam edəcəklər".

Qeyd edək ki, Ançelottinin "Everton"la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.