çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Həftənin ən yaxşı futbolçusu?

26.02.2021 13:44 Oxundu 442

UEFA Avropa Liqasında  həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbər verir ki, namizədlər arasında "Tottenhem"dən Dele Alli, "Arsenal"dan Pyer-Emerik Obameyanq, "Reyncers"dən Alfredo Morelos və "Molde"dən Andreas Linde yer alıb.

Alli evdə "Volfsberq"ə 4:0 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 2 qolun ötürməsi ilə yadda qalıb. Obameyanq  "Benfika"ya 3:2 qalib gəldikləri maçda dubl edib.Morelos "Antverpen"i 5:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada fərqlənib. Qapıçı Linde isə Almaniyada "Hoffenhaym"ı 2:0 yendikləri oyunda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.